"Zəfər yolu" adlı bilik yarışı keçirilib

     28 aprel 2022 tarixində məktəbdə "Şuşa İli"nə həsr olunmuş "Zəfər yolu" adlı intellektual bilik yarışı keçirilib. 
     Humay İsmayılova və Səma Bağırovanın təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə Vətən uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin ifasında milli rəqslər nümayiş olunub, vətənpərvər ruhlu şeirlər səsləndirilib. 
      V siniflər arasında keçirilən yarış 3 turdan ibarət olub. Bilik yarışında şagirdlərə Azərbaycan dili ,ədəbiyyat  fənni üzrə ,Qarabağın tarixi və dünyagörüşünü əks etdirən suallar ünvanlanıb. Sonda münsiflər heyətinin rəylərinə, komandaların  topladığı ballara əsasən qalib komandanın adı açıqlanıb. Bilik yarışında 5C sinfi qalib gəlib. 
     Məktəb direktoru Svetlana Nəbiyeva qalib komandanı təbrik edib, komanda üzvlərini ,həmçinin yarış  iştirakçılarını sertifikatlarla mükafatlandırıb. 

https://youtu.be/ZD4EeV_kwuc

https://youtu.be/RAnQtpskKec

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi