Akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümüdür

     Bu gün XX əsr Azərbaycan tarixinin görkəmli simalarından biri – Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümü tamam olur.
      28 aprel 2022-ci il tarixində məktəbin 1D və 2D sinfidə  ibtidai sinif müəllimləri Rəvanə Xəlilova  və Afaq Məmmədovanın təşkilatçılığı ilə Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunan sinifdaxili tədbirlər keçirilib.
     Şagirdlər dünya şöhrətli alimin Azərbaycan tibb elminin inkişafındakı fəaliyyətindən və oftalmologiya sahəsində qazandığı nailiyyətlərdən danışıblar, görkəmli alimə həsr olunan şeirlər səsləndiriblər. Bildirilib ki, tibbin mühüm sahəsi olan oftalmologiya elmi sahəsində uzun illər dəyərli tədqiqatlar aparan, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti, qələminin qüdrəti ilə elmin ən uca zirvələrini fəth edən Zərifə xanım Əliyeva görkəmli alim, müəllim, ictimai proseslərdə fəal Azərbaycan qadını kimi milli elm tarixinə öz sanballı möhürünü vurub. Zərifə xanım Əliyevanın tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatları, qazandığı nailiyyətləri, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifələrini təşkil edir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi