"Uğurlu peşə seçimi” mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikasının təhsil nazirinin 29.07.2021-ci tarixli F-382 nömrəli əmrinə əsasən məktəbdə V-IX sinif şagirdləri arasında "Peşəyönümlü xidmətlərin təşkili" üzrə maarifləndirici tədbir keçirilib.
Məktəbin 6D sinfində sinif rəhbəri Ramilə Məmmədlinin başçılığı ilə “Uğurlu peşə seçimi” mövzusunda sinifdaxili tədbir keçirilib.
Tədbir zamanı şagirdlər müxtəlif peşə sahələri üzrə təqdimatlar hazırlayıb, seçdikləri peşə haqqında məlumatlar səsləndiriblər .Həmçinin şagirdlər onlara tanış olmayan peşə sahələri ilə də tanış olublar. Tədbir zamanı qeyd olunub ki, peşələrin hər biri vacibdir.Ən əsası isə seçdiyin peşəni sevmək və vəzifəni düzgün yerinə yetirməkdir.
Qeyd edək ki, belə öyrədici tədbirlərin keçirilməsində əsas məqsəd məktəblilərin müxtəlif peşələrə olan meyil və maraqlarının müəyyənləşdirilməsi, gələcəkdə peşə və ixtisas seçimində onlara köməklik göstərilməsi,onları yaradıcı əməyə hazırlamaq və düzgün ixtisas seçiminə yönəltməkdən ibarətdir.