Kitab xəyal gücü olan alternativ dünyadır

      Ümumdünya Kitab Müəlliflik Hüququ Gününün qeyd edilməsi kitablardan və mütaliədən zövq almağı təşviq edir.Keçmişlə gələcək arasında bir körpü olan kitabın sehrli gücünü tanımaq üçün hər il 23 Aprel tarixində bütün dünyada tədbirlər keçirilir.
     "Gəlin birgə oxuyaq" şüarına məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Pərvanə Abdullayevanın təşkilatçılığı ilə 9 B sinfinin şagirdləri də qatılıblar.Şagirdlərimiz Bakı Kitab Mərkəzinə ekskursiya ediblər.Onlar Bakı Kitab Mərkəzinin stendlərində müxtəlif janrlara aid yüzlərlə kitablarla tanış olublar. "Oxu saatı"zamanı dostluq anlayışında paylaşmağın,yardımsevərliyin önəmi barədə söhbət aparılıb.Kitab oxumağın vacibliyi vurğulanıb.Gün sonunda şagirdlər böyük sevgi ilə aldıqları kitablarla ekskursiyadan ayrılıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi