Beynəlxalq təhsil konfransı

      23-24 aprel tarixlərində təşkil olunmuş "Pandemiya və sabahın təhsili" və "Təhsil bütün uşaqlar üçün" beynəlxalq konfranslarında  məktəbin coğrafiya müəllimi Ramilə Məmmədova iştirak edib.Konfransın məqsədi pandemiya və post-pandemiya dövründə təhsilin inkişaf perspektivləri, idarəçilər və müəllimlərin qarşılaşdığı çətinliklərin aradan qaldırılması yolları ilə təhsil işçilərini təmin etməkdir.
      Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyeva "Pandemiyadan əvvəl və sonra təhsil sistemində dəyişikliklər", professor Asif Cahangirov XX əsrin təhsili,VUCA və BANİ dünyası, "Xöşbəxt şagirdlər məktəbinin yaradılması" haqqında dəyərli fikilər səsləndirib,BŞTİ-də Keyfiyyətə Nəzarət Sektorunun müdiri Anar Mustafazadə "İnsan modelləri" haqqında çox maraqlı mühazirə ilə çıxış ediblər.
     Konfransda Kaliforniya Dövlət Universitetinin professoru Maris Tompson "Təhsildə bərabərlik,ədalət" digər məruzəçi isə Koliforniya Dövlət Universitetinin professoru Çarlz Zatman "Liderlik,idarəetmə" mövzusu ilə çıxış edib. Konfrans xoş təəssüratlarla və zəngin məlumatlarla yadda qalıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi