"Şuşa İli" nə həsr olunan sinifdaxili tədbir təşkil olunub

     Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.03.2022-ci il tarixli əmrinin icrasının təmin edilməsi məqsədilə "Şuşa İli" nə həsr olunan sinifdaxili tədbir təşkil olunub. Belə ki, 7B sinfində sinif rəhbəri Xalidə Məmmədovanın təşkilatçılığı ilə " Şuşa Qarabağın döyünən ürəyidir" adlı sinifdaxili tədbir keçirilib.
Müqəddəs şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirdə daha sonra Dövlət Himnimiz səsləndirilib. Tədbir əsnasında Ali Baş Komandan cənab İlham Əliyevin 44 günlük Zəfər müharibəsi zamanı xalqa olan müraciətləri, rəşadətli ordumuzun döyüş cəngavərliyini, müasir standartlara cavab verən " ağıllı" döyüş texnikalarımızın 
doğma Vətən torpağında mənfur düşmən üzərində əzici qələbəmizi əks etdirən video roliklər nümayiş etdirilib. Tədbirin təşkilatçısı Xalidə müəllimə Azərbaycanın tarixi taleyində, xüsusilə də,  Birinci və İkinci Qarabağ savaşlarında Şuşanın strateji mövqeyinin əhəmiyyəti haqqında şagirdlərə məlumat vermişdir. Bununla yanaşı, şagirdlər tərəfindən Şuşa şəhərinin tarixi, memarlıq abidələri,  bu diyarın ölkəmizə bəxş etdiyi ədəbiyyat və incəsənət xadimlərimiz haqqında məlumatlar səsləndirmiş və onların əsərləri yad edilmişdir.     Tədbir şagirlərin ifa etdiyi Şuşaya həsr olunmuş şeir, mahnı və rəqs kompozisiyası ilə davam etmişdir. Həmçinin şagirdlər Şuşa haqqında məlumatlar və rəsmlərlə bəzədilmiş divar qəzeti də hazırlamış və bunu böyük bir həvəslə təqdim etmişdilər. Eyni zamanda Qarabağın rəmzinə çevrilən Xarıbülbül tədbirin əsas simvolik obrazına çevrilmiş, "Xarıbülbül əfsanəsi" haqqında videoçarx da təqdim edilmişdir. Tədbirin sonunda Azərbaycan bayarğı dalğalandırılaraq Zəfər marşı bütün sinif şagirdləri tərəfindən ifa edilmişdir. Tədbirin nəticəsi olaraq şagirdlərdə  yurda bağlılıq, Vətən sevgisi, Vətən məhəbbəti kimi duyğular  qabardılaraq daha dərin bir məhfuma çevrilmişdi.

https://youtu.be/vRQst2guZjk

https://youtu.be/OXOiUcGslJ4

https://youtube.com/shorts/fRRD1GhOnEs?feature=share

https://youtube.com/shorts/PqvKmjECYCc?feature=share

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi