Asudə vaxtın səmərəli təşkili

     Məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Xalidə Məmmədovanın rəhbərliyi ilə 23 aprel 2022- ci il tarixində Beynəlxalq Oxu Günü ilə əlaqədar olaraq 7 B sinfinin şagirdləri  Nizami adına Azərbaycan Ədəbiyyat Muzeyinə və Miniatür Kitab Muzeyinə ekskursiya etdilər.
     Ekskursiyaya ilk öncə Milli Ədəbiyyat Muzeyindən başlayan şagirdlər burada bir sıra ədəbiyyat və incəsənət xadimlərinin əsərləri, onların əsərlərinə çəkilmiş rəsmlər, onlara aid olan qiymətli şəxsi əşyalar və bir çox milli- mənəvi dəyərlərimizlə tanış oldular.Daha sonra Miniatür kitab muzeyini ziyarət edən şagirdlər böyük bir maraqla burada bir sıra əsərlərin miniatür nümunələrini nəzərdən keçirdilər.Günün sonunda şagirdlər oxunun, mütaliənin önəm və mahiyyətini dərindən dərk edərək yeni bilgilərlə ekskursiyadan ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi