Beynəlxalq Oxu Günü münasibəti ilə Ədəbiyyat Muzeyinə və Miniatür Kitab Muzeyinə ekskursiya edilib

     Azərbaycan Respublikası Təhsil Nazirinin  F -103 nömrəli əmri və Bakı Şəhəri Təhsil İdarəsinin F-147 nömrəli əmrinə uyğun olaraq məktəbimizdə bir sıra tədbirlər həyata keçirildi. 
Bu tədbirləri həyata keçirməkdə əsas məqsəd yeniyetmə və gənclər arasında oxu vərdişlərinin inkişaf etdirilməsi, mütaliəyə marağın təbliği, kitabın gündəlik həyatımızın bütün sahələrinə daxil edilməsinə nail olmaqdır.
     Eyni məqsədlə 23.04.2022-ci il tarixində məktəbimizin 7A və 7B sinif şagirdləri Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində və Miniatür Kitab Muzeyində oldular . Məktəbin dil-ədəbiyyat müəllimləri Xalidə Məmmədova , Günel Cəfərova və ingilis dili müəllimi Tahirə Cəmşidova tərəfindən təşkil edilmiş ekskursiyada şagirdlərdə mütaliəyə marağın artırılması ilə əlaqədar maarifləndirici söhbətlər aparıldı . Şagirdlərin nəzərinə çatdırıldı ki ,mütaliə onların dünyagörüşünün formalaşmasında ən vacib amillərdən biridir. Mütaliəyə ayırdığımız vaxt heç vaxt hədər olmayacaq, əksinə, bizə yeniliklər qazandıracaq. İnsanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün, bilik dairəsinin genişlənməsində, cəmiyyət hadisələrinə çevik, həssas və obyektiv münasibət bəsləməsində, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün ,idraki bacarıqlarının inkişafında, bir vətəndaş kimi tərbiyəsində mütaliənin rolu böyükdür. 
 Həmçinin oxuduqları əsərlər haqqında danışan şagirdlər  mütaliənin onların həyatına təsiri haqqında müəllimlərlə fikir mübadiləsi apardılar . 
     Şagirdlər hər iki muzeydən dərin təəssüratla ayrıldılar .

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi