1C sinfində Xarıbülbül ətirli tədbir
"Şuşa ili” ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.03.2022-ci il tarixli F-134 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə məktəbin 1C sinfində sinif rəhbəri İlhamə Bayramova “Şuşa İli”nə həsr olunmuş sinifdaxili tədbir təşkil edib.
Tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Şagirdlər Vətənə, Şəhidlərə, Şuşaya həsr edilmiş şeirlər səsləndirib, bədii kompozisiya nümayiş etdirib, Azərbaycanın xalq mahnıları ifa ediblər. Şagirdlərin milli geyimdə "Şuşanın dağları" xalq mahnısına təqdim olunan rəqs hər kəsdə xoş təəssürat yaradıb.
Sinif rəhbəri İlhamə Bayramova çıxış edərək 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdiyindən və həmin günün hər il Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edildiyindən ,hazırda ölkə başçısının diqqət və qayğısı ilə azad edilmiş torpaqlarımızda aparılan abadlıq və quruculuq işlərindən danışıb .Həmçinin şagirdlərə Şuşanın qədim tarixi haqqında ətraflı məlumat verib.
Tədbirin ən yaddaqalan hadisəsi isə uzun illərdir əsirlikdə qalan , Qarabağın, Şuşanın incisi sayılan Xarıbülbül gülü olub. Adi çiçəkdən çox möcüzəyə bənzəyən Xarıbülbül gülünü əyani görmək şagirdlərdə gül haqqında tam təsəvvür yaradıb. Xarıbülbül gözəlliyi ilə bütün sinfi valeh edib.