"Şuşa ili” ilə bağlı silsilə tədbirlər davam edir

     "Şuşa ili” ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə  Azərbaycan Respublikası Təhsil Nazirliyinin 14.03.2022-ci il tarixli F-134 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə siniflər üzrə silsilə tədbirlərin keçirilməsi davam edir. "Şuşaya qayıdış ", “Şuşa, sən azadsan”, "Şuşa ili" mövzulu sinif təşkilat saatları ,"Dəyirmi masa"lar və s. tədbirlər  siniflər üzrə keçirilir .
      Tədbirlər zamanı "Şuşa İli”nin əhəmiyyəti barədə danışıb, qala-şəhərimizin tarixi, təbiəti, abidələri və görkəmli şəxsiyyətləri barədə söz açıblar. Şagirdlər Qarabağın döyünən ürəyi olan Şuşa şəhərinin Azərbaycanın mədəni həyatındakı yeri barədə məlumat veriblər. Mədəniyyət paytaxtımızla bağlı rəsmlər ,divar qəzetləri ,videoçarxlar , təqdimatlar hazırlayıblar. 
     Qeyd edək ki ,silsilə tədbirlərin keçirilməsində məqsəd Şuşa şəhərinin zəngin abidələrini, memarlıq komplekslərini, göz oxşayan füsunkar təbiətini gənclərin yaddaşına həkk etmək, milli mədəniyyəti və incəsənəti təbliğ etməkdir.

https://youtu.be/SVaJkgyqutE

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi