“Şuşa ili”nə həsr olunan Sinif təşkilat saatı keçirilib

      Tədbirlər Planına uyğun olaraq 19 aprel 2022-ci il tarixində  8C sinfidə sinif rəhbəri Pakizə Cəfərovanın  təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunan Sinif təşkilat saatı keçirilib. 
     Sinif təşkilat zamanı qeyd olunub ki,  Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Bildirilib ki, təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçib, Azərbaycanın, bütün Cənubi Qafqazın mədəni, ictimai-siyasi həyatında müstəsna rol oynayıb.      Fəal şagirdlərdən S. Zümrüd, M. Nuray ,Q. Tünzalə, S. Sevda,S. Azad, B. Fuad, M. Pənah, H. Arda,H. Aysun ,N.Məhəmməd Şuşanın tarixi, musiqisi,Qarabağ atları, tarixi abidələri haqqında maraqlı məlumatlar hazırlayıblar. 
     Sonda şagirdlərin hazırladıqları , təqdimatlar , rəsmlər ,divar qəzetləri nümayiş olunub.

https://youtu.be/vJC3MIzNfrU

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi