"Şuşa ili" mövzusunda "Dəyirmi masa" keçirilib

     Aprelin 19- da 10 a sinfində " Şuşa ili" mövzusunda "Dəyirmi masa"  keçirilmişdir . Himn səsləndirildikdən sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Həsənova Vəsilə dərsi açıq elan etmiş, şagirdlərə " Biz Şuşaya qayıtdıq" mövzusunda məruzə etmişdir.Şagirdlərdən    Yəhyazadə Mələk, Məmmədova Nəzrin, Kərimli İnci, Ələkbərli Ramalın təqdimatları  dinlənildi.Dərs boyu monitorda  videogörüntülər nümayiş etdirildi.Şagirdlərdən Cənnətova Xədicə, Bayramova Emiliya, Əliyeva Leyla Şuşaya həsr olunmuş şeirlər söylədilər.
     Çıxışlardan əlavə fərdi bacarıqlara malik şagirdlərin  əl işləri,çəkdikləri  rəsmlər ,eləcə də  hazırldıqları divar qəzeti Şuşaya həsr olunmuş dəyirmi masaya bir rəngarənglik qatmış oldu.Sonda şagirdlərin birlikdə " Yaşasın Şuşa!", " Yaşasın Qarabag!", " Qarabag Azərbaycandır!","Yaşasın Azərbaycan!" şüarlarını səsləndirməsi ilə tədbir başa çatdı.

https://youtube.com/shorts/hiCSJs4gwFc?feature=share

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi