“Şuşamız” mövzusunda xüsusi dərs keçirilib

      Məktəbin 5R sinif şagirdləri  və Azərbaycan dili müəllimi Günel Tağıyevanın təşkilatçılığı ilə “Şuşamız” mövzusunda  nümunəvi dərs  keçirilib.
      Əvvəlcə 44 günlük Vətən müharibəsində  qəhrəmancasına  həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Müəllim G.Tağıyeva  şanlı  Azərbaycan Ordusunun Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etməsini , həmin günün hər il Azərbaycan Respublikasında Zəfər Günü kimi qeyd edilməsi və Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi haqqında məlumat verib. Daha sona şagirdlər Şuşanın tarixi abidləri, tarixi şəxsiyyətləri,mətbəxi,təbiəti  haqqında hazırladıqları təqdimatları  və videoçarxları  nümayiş  ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi