Coğrafiya fənni üzrə "Açıq dərs" keçirilib

      Məktəbin Coğrafiya müəllimi Ramilə Məmmədli 6D sinfində "Açıq dərs" təşkil edib.     "Göllər" mövzusunda keçirilən "Açıq dərsdə"  şagirdlər əvvəlcə dərsin məqsədi ilə tanış olublar və beləliklə mövzuda əldə edəcəkləri bilik və bacarıqları  öyrənmiş olublar. Motivasiya mərhələsində şagirdlər dünyanın göllərinə "Google earth" vasitəsilə virtual səyahət ediblər. Dərsin fəaliyyət mərhələsində şagirdlər qruplara bölünərək əməkdaşlıq şəraitində işləyiblər. Verilən vaxt bitdikdən sonra qrup kapitanları təqdimat ediblər.
Daha sonra öyrənilənlərin yoxlanılması və möhkəmləndirilməsi məqsədilə İKT alətlərindən istifadə etməklə tapşırıqlar yerinə yetirilib.
      Sonda şagirdlər 3-2-1 üsulunun köməyilə refleksiya ediblər.Bu həm də onların qiymətləndirilməsinə şərait yaradıb. Dərs ev tapşırığının verilməsi ilə sona çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi