"Əziz Şuşa ,biz qayıtdıq " adlı sinif təşkilat saatları keçirilib

     Məktəbin fəaliyyət planına əsasən bütün siniflər üzrə  “Əziz Şuşa, biz qayıtdıq" adlı sinif təşkilat saatları keçirilib 
     Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sinif rəhbərləri şagirdlərə Qarabağın döyünən ürəyi ,Azərbaycan musiqisinin beşiyi Şuşanın azad olması, Prezident İlham Əliyevin 2022-ci ili “Şuşa İli” elan etməsi haqqında məlumat verib.
     Şagirdlər vətənimizə, şəhidlərə və Şuşaya həsr edilmiş şeirlər səsləndiriblər. Sinif təşkilat saatı zamanı  44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad etdiyini və həmin günün hər il Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edildiyini vurğulayıblar.

https://youtu.be/mw5KqHOZB6Y

https://youtu.be/mKFUlcG3Svk

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi