MƏKTƏBİMİZİN ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALAN MƏZUNLARINA HƏSR OLUNMUŞ TƏDBİR

      90 nömrəli məktəbin akt zalında 12 aprel 2022-ci il tarixində  44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olmuş  məzunların xatirəsinə həsr olunmuş tədbir keçirilib. 
     Məktəb direktoru Svetlana Nəbiyevanın, Tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqovanın ,Uşaq birliyi rəhbəri Lida Muxtarovanın başçılığı ilə təşkil olunan tədbirə qəhrəman şəhid anaları və ailə üzvləri dəvət olunub.
     Tədbirin əvvəlində Vətən müharibəsində torpaqlarımızın düşmən işğalından azad olunması yolunda canlarından keçən şəhid məzunların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra şəhid məzunlarımızın hər biri haqqında hazırlanmış tanıtım xarakterli foto-məlumatları əks etdirən videoçarx təqdim edilib, şagirdlər şəhid məzunlarımız- Seyidov Əli ,Dəmirçiyev Tural ,Manafov Osman ,Əliyev Abbas ,Məmmədov Elcanın keçdiyi döyüş, qəhrəmanlıq yollarından bəhs ediblər,onlar haqqında ətraflı məlumat veriblər. Şagirdlərin  ifasında vətənpərvərlik mövzusunda şeirlər və mahnılar səsləndirilib, qəhrəman şəhidlərimizə həsr edilən səhnəciklər nümayiş etdirilib.     Məktəb direktoru Svetlana Nəbiyeva qeyd edib ki, Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və bütün çətinliklərə sinə gərən qeyrətli Vətən oğullarının valideynləri qarşısında baş əyirik. Qəhrəman şəhidlərimizi daim yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək, ruhlarını şad etmək hər birimizin borcudur. Təlim-tərbiyə işləri üzrə direktor müavini Gültəkin Səlimova qeyd edib ki,  qırx dörd günlük Vətən müharibəsində canlarını qurban etmiş şəhidlər bir an belə unudulmur. Şəhid məzunlarımız canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazdılar.Məhz onların canı və qanı hesabına torpaqlarımız azaddır . Tərbiyə işləri üzrə direktor müavini  Aygün Sadıqova bildirib ki, şəhidlər xalqımızın yaddaşında əbədi iz qoyub gedirlər. Vətən təkcə torpaq deyil, Vətən bizik, hamımızıq. Onun dünəninə, bu gününə, sabahına hamımız cavadehik. Bizim qəhrəman məzunlarımız da Vətəni dünənə kimi öz bilikləri, bacarıqları ilə təbliğ edirdilərsə, orduda xidmətləri ilə də bayrağımızı ucaltdılar. Büründükləri üçrəngli bayrağımızın və torpağımızın müqəddəsliyini bir daha hamıya anlatmış oldular. 
     Tədbirdə iştirak edən şəhid məzunlara dərs deyən müəllimlər qəhrəman oğullarımızın məktəb dövrü   maraqlı və yaddaqalan xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Şəhid məzunlarımızın anaları və ailə üzvləri çıxış edərək ,göstərilən diqqət və qayğıya görə, təşkil olunan möhtəşəm tədbirə görə məktəb rəhbərliyinə xüsusi təşəkkürlərini bildiriblər.   

     Sonda məktəb rəhbərliyi tərəfindən şəhid məzunlarımızın şəkillərinin üzərində əks olunduğu təşəkkürnamələr şəhid analarına hədiyyə olunub. 
     Doğma torpaqlarımızın mənfur erməni işğalçılarından azad olunmasında canıyla, qanıyla iştirak edən, Şəhidlik  zirvəsinə ucalan  məktəbimizin şəhid  məzunlarının müqəddəs ruhları qarşısında  baş əyirik.

https://youtu.be/w_LOAooHr34

https://youtu.be/ctaNdFQxqFU

https://youtube.com/shorts/EGHn6lJzE9c?feature=share

https://youtu.be/ku9oMio1iyI

https://youtu.be/IrGyJVguP0E

https://youtube.com/shorts/Hl8P1DYA-xQ?feature=share

https://youtube.com/shorts/OK3XibYJ8hA?feature=share

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi