“Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsi
BŞTİ-nin 11 fevral 2022-ci il F-61 nömrəli əmrinə əsasən məktəbdə “Mənim gündəliyim” adlı oxu və yaradıcılıq müsabiqəsinin keçirilməsi işi həyata keçirilir. Bu məqsədlə məktəb kitabxanasında müsabiqəyə qoşulan şagirdlərlə görüş keçirildi. Məktəbin kitabxanaçısı Minayə Əzimova və Azərbaycan dili və Ədəbiyyat müəllimi Günel Cəfərova şagirdlərin müsabiqəyə necə hazırlaşdıqlarını təhlil və müzakirə etdilər , şagirdlərə bir sıra tövsiyələr verdilər .
Qeyd edək ki, müsabiqənin keçirilməsində məqsəd təhsilalanların mütaliə vərdişlərinin təkmilləşdirilməsi, oxu və yazı bacarıqlarının inkişaf etdirilməsi, Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı barədə məktəblilərin məlumatlılıq səviyyəsinin artırılması,istedadlı və mütaliəyə marağı olan şagirdlərin vaxtında üzə çıxarılması və onlara dəstək göstərilməsidir.