ŞAGİRDLƏRİN PEŞƏ MƏKTƏBİNƏ EKSKURSİYASI TƏŞKİL OLUNUB

     Uşaq təbiəti elədir ki, müxtəlif yaşlarda onların fizioloji, psixoloji və s. xüsusiyyətləri nəzərə çarpacaq dərəcədə bir-birindən fərqlənir. Onlar böyüdükcə, sinifdən-sinfə keçdikcə fiziki və psixi inkişaflarında, ilk növbədə, əməyə və peşəyə münasibətlərində, təfəkkür və hafizəsində mühüm dəyişikliklər baş verir. Bu baxımdan məktəbdə aparılan bütün təlim-tərbiyə işlərində müxtəlif yaş dövrlərindən olanşagirdləri nəzərə almaq mühüm əhəmiyyət kəsb edir. Təlim-tərbiyə prosesinin başlıca tərkib hissəsi kimi şagirdlərin peşə seçməyə hazırlanması işi də bu prinsipdən kənarda qalmamalı.Məktəblilər nə qədər çox peşə ilə tanış olsalar və onlar haqqında müəyyən məlumatlara yiyələnsələr gələcək peşəseçmə işi də bir o qədər düzgün və şüurlu olar.Bu işdə  peşəyönümü koordinatoru,sinif rəhbərləri əsas rol oynayır.
     Texniki peşə təhsili Azərbaycan Respublikasının təhsil sistemində aparıcı istiqamət təşkil edir. Buna görə də 90 nömrəli məktəbin şagirdlərinin Bakıda yerləşən texniki peşə məktəblərinə ekskursiyası təşkil edilib. Məqsəd cəmiyyətin inkişafında onların yaxından iştirakını təmin etməkdir. 
      Ekskursiya 7 aprel 2022-ci ildə baş tutub. Məktəbin 9B və 9C sinif şagirdlərinin texniki peşə təlimi və həmin sahənin ixtisasları ilə tanışlığını, onların gələcəkdə doğru seçimini təmin etmək məqsədilə 12 saylı Peşə Təhsil məktəbi ilə tanışlıq təşkil olunub.Sinif rəhbərləri Qəribova Sendauri və Salmanov Orxan ,texnologiya müəllimi Quliyeva Rafilənin nəzarəti ilə  şagirdlər burada müxtəlif  ixtisaslarla bağlı məlumatlarla tanış olublar. Mərkəzin müəllimləri şagirdləri maraqlandıran çoxsaylı sualları böyük məmnuniyyətlə cavablandırıblar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi