Şəhid ailəsi ziyarət olunub

     Ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz  hər zaman ehtiramla yad edilir, onların ailələrinə diqqət və qayğı göstərilir.
     Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hörmət və ehtiramla ziyarət edilməsi məqsədilə məktəbin riyaziyyat müəllimi Sevda Xankişiyeva 6F sinif şagirdləri və valideynləri  ilə birgə Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş Vətən müharibəsinin iştirakçısı XTQ-nın kapitanı şəhid Rəşad Əliyevin ailəsini ziyarət ediblər. Şagirdlər şəhidlərə həsr olunmuş şeirlərlə,məruzələrlə çıxış ediblər. Şəhidin həyat yoldaşı Mövlanə xanımla söhbət edib,xatirə şəkilləri çəkdiriblər. 
     Qeyd olunub ki, torpaqlarımızın erməni işğalından azad edilməsində canını fəda edən əsgər və zabitlərimizə minnətdarıq, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyirik. Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə qürur duyuruq, onları hər zaman yaşatmalıyıq və gələcək nəsillərə tanıtmalıyıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi