STEAM dərsi
Məktəbin müəllimi Ramilə Məmmədova 6D sinfində "Radioxəbərləşmə" mövzusunda STEAM dərsi keçib. Şagirdlər dərs zamanı öyrəndiklərini maraqla tətbiq ediblər
Qeyd edək ki, XXI əsr bacarıqlarının - yaradıcı və bədii düşüncə, əməkdaşlıqetmə, həmçinin ünsiyyətin inkişaf etdirilməsi, müxtəlif proqramlaşdırma dilləri tətbiq olunmaqla innovativ texnologiyalardan istifadə edəbilmə qabiliyyətinin yüksəldilməsi, istehsal, habelə sahibkarlıq təfəkkürünün təşviq edilməsi STEAM layihəsinin əsas məqsədini təşkil edir.