Aprel döyüşlərinə həsr olunmuş sinif təşkilat saatları keçirilib

      Məktəbdə 5 aprel 2022-ci il tarixində  Aprel döyüşlərinin ildönümünə həsr olunmuş sinif təşkilat saatları keçirilib .Əvvəlcə Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
     Şagirdlər Aprel döyüşləri mövzusunda rəsmlər və divar qəzetləri hazırlayıblar. Həmçinin şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiya təqdim edilib, vətənpərvərlik ruhunda mahnılar səsləndirilib. 
     Bildirilib ki, Cənab Ali Baş Komandanımızın  dəfələrlə dediyi kimi, Aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, xalqımızın birliyini, həmrəyliyini və vətənpərvərliyini nümayiş etdirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi