Mülki Müdafiə ilə bağlı nəzəri-praktiki tədbir keçirilib

      4 aprel 2012-ci il tarixində məktəb rəhbərliyinin nəzarəti ilə Mülki Müdafiə ilə bağlı nəzəri-praktiki tədbir keçirilib. Tədbir zamanı həyəcan siqnalı verilib. Heyyətin köməyi ilə məktəbin şagird kontingenti məktəb binasından təxliyə olunub.
     Tədbirin keçirilməsində məqsəd şagirdlərin baş verə biləcək fövqəladə hallara hazırlığı, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində biliklərin aşılanması olmuşdur. Fövqəladə hallar zamanı davranış qaydalarını bilmək və daim şagirdlərə çatdırmaq olduqca vacibdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi