"Şagirdlərin psixoloji sağlamlığı" mövzusunda onlayn seminar
Məktəb psixoloqu Cəmilə Məmmədova 10C və 4F sinif şagirdlərinin valideynləri ilə "Şagirdlərin psixoloji sağlamlığı" mövzusunda onlayn seminar keçirib.
Qeyd edilib ki , şagirdlərin psixoloji sağlamlığı və rifahı ən vacib məsələlərdən biridir. Seminarın keçirilməsində əsas məqsəd sağlam mənəvi-psixoloji mühitin yaradılması, şagirdlərin psixoloji sağlamlıği üçün təhlükəsiz və zərərsiz şəraitin təşkili, məktəb- ailə, məktəb-müəllim-şagird-valideyn münasibətlərinin formalaşdırılması, şagirdlərin hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunması haqqında maarifləndirici söhbətlərin aparılması olub.
Sonda bildirilib ki ,şagirdlərdə psixoloji problemlərin vaxtında aşkarlanması üçün məktəb psixoloqu , müəllim və valideyn daim qarşılıqlı əməkdaşlıq etməli, profilaktik psixoloji tədbirlər təşkil etməlidir. Onlayn seminar zamanı valideynləri maraqlandıran məsələlər haqqında ətraflı danışılıb və qarşılıqlı müzakirələr aparılıb.