"Azad olunmuş torpaqlarda ekoloji problemlər" adlı xüsusi dərs

     Məktəbin 7D sinfində Elmira Əliyevanın təşkilatçılığı ilə "Azad olunmuş torpaqlarda ekoloji problemlər" adlı xüsusi dərs keçirilib. 
     Xüsusi dərs zamanı müəllim tarixi zəfərdən sonra Qarabağın dirçəldilməsi, eləcə də ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində dövlət tərəfindən həyata keçirilən sistemli və irimiqyaslı tədbirlərin əhəmiyyətindən  bəhs edib. 
     7D sinif şagirdləri mövzu ilə bağlı təqdimatlar hazırlayıb. Təqdimatlarda  Qarabağda yetişən nadir bitkilər, meşə landşaftı, məhv edilən Qarabağın füsunkar təbiəti, terrora məruz qalmış torpaqlarda flora və faunanın bərpası haqqında maraqlı məlumatlar əks olunub. 
     Sonda şagirdlərin mövzularla bağlı sualları müəllim tərəfindən ətraflı şəkildə cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi