Şagirdlərimiz Yaqub Mahmudovla görüşdə iştirak ediblər.

Oktyabrın 31-i AMEA-nın akt zalında "Tariximiz məktəblilərin gözü ilə" mövzusunda A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, Professor Yaqub Mahmudovla görüş keçirilmişdir. Görüşdə çıxış edən professor tarixi şəxsiyyətlərimiz barəsində maraqlı məlumatları şagirdlərimizin diqqətinə çatdırmışdır. "Tariximizə sahib çıxaq" layihəsi çərçivəsində gerçəkləşdirilən bu tədbir şagirdlərimizin marağına səbəb olmuşdur. Tədbirdə tarixi şəxsiyyətlərimiz haqqında slaydlar nümayiş etdirildi. Sonda söz şagirdlərə verildi. Məktəbimizin 11A sinif şagirdi Səbinə məktəb kollektivi adından təşəkkür edərək, öz təkliflərini verdi. Tədbir xatirə şəkilləri ilə yaddaşara həkk olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi