31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib

     29 mart 2022-ci il tarixində məktəbin 10A sinfinin tarix müəllimi Səfəri Məhsətinin təşkilatçılığı ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba Memorial Soyqırım Kompleksinə virtual səyahət təşkil edilib.
      “Zoom” proqramı üzərindən həyata keçirilən tədbirdə Quba Soyqırım Memorial Kompleksinin əməkdaşı Orxan Hüseynov şagirdlərə ətraflı və geniş məlumat verib.
Çıxış edənlər soyqırım qurbanlarının xatirəsini anaraq bu tarixin unudulmayacağını qeyd ediblər.
      Məktəb rəhbərliyinin iştirakı ilə keçən tədbirdə belə tədbirlərin həyata keçirilməsinin təqdirəlayiq addım olduğu vurğulanıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi