"Rəqəmsal bacarıqlar" layihəsinin tətbiqi davam edir
Məktəbdə "Rəqəmsal bacarıqlar" layihəsi üzrə yeni metodologiyanın tətbiqində daha uğurlu nəticə əldə etmək, şagirdlərin fənni mənimsəmə faizini artırmaq məqsədi informatika müəllimi Qəmər İmaməliyeva şagirdlərlə dərs prosesində nəzəri və təcrübi məşğələlər aparıb. Dərsin nəzəri hissəsində şagirdlər müəllimin verdiyi məlumatları diqqətlə dinləyib, suallar verib, fikir mübadiləsi aparıblar. Şagirdlər müzakirələrdə fəal iştirak ediblər ,daha sonra öyrəndiklərini kompüterdə tətbiq ediblər. Dərs zamanı şagirdlər həvəslə öyrəniblər.