"Novruz bayramı və mətbəx mədəniyyətimiz" adlı kulinariya tədbiri
Məktəbdə 18 mart 2022-ci il tarixində "Novruz bayramı və mətbəx mədəniyyətimiz" adlı kulinariya tədbiri təşkil olunub. Texnologiya müəllimləri Elmira Cəfərova və Rafilə Quliyevanın təşkilatçılığı ilə keçən tədbirdə şagirdlərə Novruz bayramında süfrələri bəzəyən milli mətbəximiz ,şirniyyatlarımız haqqında geniş məlumat verilib. Tədbir zamanı şagirdlər şəkərbura hazırlayıblar.