"Bahar Çələngi" adlı tədbir keçirilib

      18 mart 2022-ci ildə 90 saylı məktəbin akt zalında 5A sinfinin rəhbəri, ingilis dili müəllimi Zülfiyyə Hacıyevanın və 5A sinif şagirdlərinin təşkilatçılığı ilə  "Bahar Çələngi" adlı tədbir keçirilib. Tədbirdə ingilis  və Azərbaycan dilində mahnılar oxunub, Novruz bayramının ölkəmizdə və digər türkdilli ölkələrdə olan ənənələrindən danışılıb, milli və özbək rəqsləri edilib.
     Tədbirin sonunda məktəbin rəhbəri Svetlana Nəbiyeva çıxış edərək müəllimləri və şagirdləri Novruz bayramı münasibəti ilə təbrik edib. Həmçinin  ictimai işlərdə fəallığına görə Zülfiyyə Hacıyevanı Fəxri Fərmanla təltif edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi