YENİ QALİBİYYƏT

     Sabunçu rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Novruz Bayramına həsr olunmuş  Sabunçu rayon ümumtəhsil məktəblərinin müəllimləri arasında voleybol turniri keçirilib. 
     90 nömrəli məktəbin kollektivindən ibarət voleybol komandası: Kərimova Zümrüd , Əkpərova Həcər ,Usubov Usub,Bayramov Rafiq ,Həsənov Məhəmməd , Allahverdiyev Sənan ,Hüseynov Orxan , Həsənov Asif , Salmanov Orxan voleybol turnirində I yerə layiq görülüb. Komandamız Sabunçu rayon Gənclər və İdman idarəsi tərəfindən diplom və medallarla təltif olunub. Həmçinin 90 nömrəli məktəb fəal iştirakına görə diplom və medalla təltif olunub.

     Məktəb rəhbəri Svetlana Nəbiyeva qalib müəllimlərimizi təbrik edib ,Fəxri Fərmanla mükafatlandırıb. Qalib müəllimlərimizi təbrik edir ,uğurlarının davamlı olmasını diləyirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi