5B sinfində "Bahar Çələngi" mövzusunda təşkilat saatı
Məktəbdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin 01.03.2022-ci il tarixli, F-85 nömrəli əmrinin icrası məqsədi ilə "Bahar Çələngi" lahiyəsinin keçirilməsi davam edir. Tədbirlər planının 1.1. bəndinə əsasən 5B sinif rəhbəri Humay İsmayılovanın təşkilatçılığı ilə mənəvi dəyərlərimizi əks etdirən Sinif Təşkilat Saatı keçirilib. Məqsəd şagirdləri mənəvi mədəniyyətimizin bir hissəsi olan Novruz bayramı, bütövlükdə milli-mənəvi dəyərlərimiz barədə məlumatlandırmaq, onları bu dəyərlərə məhəbbət ruhunda tərbiyə etmək, şagirdlərdə yaradıcı düşüncə meyillərini gücləndirməkdən ibarət olub.