Tarixçi ,türkoloq- alim Yunus Oguzla "İmzalı görüş" keçirilib

    Martın 16-da məktəbin illik Fəaliyyət Planının 1.3.9-cu bəndinə uyğun olaraq məktəblilərin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması və "İmzalı görüş" layihəsi çərçivəsində şagirdlərin şair və yazıçılar, bədii qiraət ustaları ilə görüşlərinin təşkili məqsədilə tarixçi, yazıçı- publisist, türkoloq- alim Yunus Oguzla görüş keçirilib. Məktəbin kitabxana müdiri Minayə Əzimovanın, həmçinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Vəsilə Həsənovanın  təşkilatçılığı ilə baş tutan görüşdə məktəb rəhbəri Svetlana Nəbiyeva qonaqları salamlayıb  tədbiri açıq elan edib. Görüş zamanı  şagirdlərin bir- birindən gözəl,rəngarəng   çıxışları dinlənilib. Tarixi romanlar müəllifi şagirdləri maraqlandıran sualları cavablandırıb. Müəllifin həyat və yaradıcılığına nəzər salınıb. Yunus Oguz yaradıcılığına dair hazırlanmış  videoçarx, o cümlədən  yazıçının " Əmir Teymur" əsərindən bir parça nümayiş etdirilib.Şagirdlərimiz tərəfindən ifa edilən milli rəqs və   mahnılar tədbirə daha  maraqlı rəng qatıb. Həmçinin şagirdləri maraqlandıran suallar yazıçı tərəfindən cavablandırılıb.
     Sonda yenidən  söz müəllifə verilib. Məktəbimiz adından Svetlana Nəbiyeva müəllifə xatirə olaraq Təşəkkürnamə təqdim edib.Tədbir alqışlarla sona çatıb.

https://youtu.be/TpDEsbqEcF4

https://youtube.com/shorts/5m_o6QmR_GI?feature=share

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi