IX siniflər üzrə monitorinq keçirilib
16 mart tarixində məktəbdə IX sinif şagirdlərinin buraxılış fənləri üzrə monitorinq imtahanı keçirilib. Monitorinq Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə keçirilib. İmtahan məktəb rəhbəri Svetlana Nəbiyevanın nəzarəti ilə aparılıb. Hər sinif üzrə nəzarətçi müəllimlər təyin olunub. Şagirdlər Azərbaycan dili fənni üzrə 30, İngilis fənni üzrə 30 və Riyaziyyat fənni üzrə 25, ümumilikdə 85 sualı cavablandırıblar.