Novruz adətlərinə həsr olunan Sinif Təşkilat Saatı
Fəaliyyət Planına əsasən 16 mart tarixində məktəbin ibtidai sinif müəllimi İlhamə Bayramovanın rəhbərlik etdiyi 1C sinfində "Bahar çələngi" mövzusunda Novruz adət-ənənələrinə həsr olunan Sinif Təşkilat Saatı keçirilib.
Müəllim elimizin qədim adət-ənənələrini əks etdirən qədim folklor nümunələri haqqında şagirdlərə ətraflı məlumat verib . 1C sinif şagirdləri Novruz bayramına aid şeirlər söyləyib, Azərbaycanın milli mahnı və rəqslərini ifa ediblər.