5-ci sinif şagirdləri arasında basketbol yarışı

     Təhsil Nazirliyi və Azərbaycan Basketbol Federasiyası tərəfindən ümumtəhsil məktəblərinin 5-ci sinif şagirdləri arasında  təşkil olunan respublika birinciliyinin rayondaxili yarışında 90 nömrəli məktəb şagirdlərindən ibarət bosketbol komandası da iştirak edib.Qız və oğlanlardan ibarət yığma komandalar arasında keçirilən yarışlar Beynəlxalq Basketbol Federasiyası tərəfindən təsdiq olunmuş qaydalar əsasında keçirilib.
     Qeyd edək ki, yarışın keçirilməsində məqsəd məktəblilər arasında basketbol idman növünü təbliğ etmək, istedadlı məktəbliləri bu idman növünə cəlb etmək, uşaqlar arasında dostluq əlaqələrini gücləndirməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi