VIII SİNİF VALİDEYNLƏRİ İLƏ İCLAS KEÇİRİLİB

     VIII siniflər üzrə valideyn iclası keçirilib. İclasda 2021-2022-ci tədris ilində keçirilmiş  monitorinq imtahanlarının nəticələri müzakirə olunub.
     İclası giriş sözü ilə açan məktəb rəhbəri Svetlana Nəbiyeva şagirdlərin monitorinq nəticələrinin daim diqqət mərkəzində olmasını qeyd edib. VIII  siniflərə xüsusi  hazırlaşmaq, nəticələrin yüksəldilməsi məqsədilə məktəb rəhbəri olaraq hədəflərini açıqlayıb.
     Təlim-tərbiyə üzrə direktor müavini Gültəkin Səlimova bu tədris ilinin 8-ci sinif monitorinq qiymətlərini yenidən valideynlərin nəzərinə çatdırıb .
    Sonda  valideynlərin suallarına cavab verən məktəbin direktoru Svetlana Nəbiyeva qeyd edib ki, məktəb olaraq işini yüksək səviyyədə quran Azərbaycan və  riyaziyyat və ingilis dili fənlərini tədris edən müəllimləri bu işə yaxından cəlb olunur,  tədris prosesi hər zaman olduğu kimi izlənir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi