"İdman Həftəsi" çərçivəsində tədbirlər davam edir

     Məktəbdə 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə "İdman Həftəsi" çərçivəsində V-VIII siniflər üzrə "İnsan həyatında  idmanın rolu, idmanla məşgul olmağın faydaları" mövzusunda sinif təşkilat saatları keçirilib. 
     Sinif rəhbərləri bildirib ki, idmanla məşğul olmaq –intizamlı olmaq deməkdir. İdmanda qarşılaşdığı çətinliklər, qazanılan uğurlar uşaqlara həyatda məqsədli olmağı və bu məqsədlərə çatmaq üçün mübarizə aparmağı öyrədir. İdmançıların yaxşı,sağlam ətraf-muhiti olur .Yaxşı-sağlam mühit isə yeniyetmə və gəncləri gözəl keyfiyyətlərə malik insanlar kimi yetişdirir. Bu isə onlara həyatda və təhsildə uğur qazanmaq üçün stimul verir.  Həmçinin qeyd olunub ki, Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın  5-də qeyd  olunması təsadüfi deyil. Məhz  1995-ci il martın 5-də Ulu öndər  Heydər Əliyev  Bakı İdman Sarayında  dünya və  Avropa çepionatlarının  qalibləri və mükafatçıları ilə görüşüb. İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında  yeni strategiyasının təməlini qoyub.  O cümlədən , Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə idman və bədən tərbiyəsinin inkişafı sahəsində ardıcıl olaraq görülən tədbirlər Azərbaycanı  həm də idman dövləti kimi tanıdır. 
     Sonda şagirdlər mövzu ilə bağlı hazırladıqları təqdimatları səsləndirib ,divar qəzetlərini nümayiş etdiriblər.

https://youtube.com/shorts/Fy4rorofAcM?feature=share

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi