AZƏRBAYCAN HƏRB TARİXİ MUZEYİNƏ EKSKURSİYA

     28 fevral 2022-ci il tarixində məktəbin tərbiyə işləri üzrə direktor müavini Aygün Sadıqova və hərbi rəhbər Həbubullah Şabanovun başçılığı ilə IX,X,XI sinif şagirdləriinin iştirakı ilə Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiyası təşkil olunub. Ekskursiyanın təşkil olunmasında məqsəd məktəblilərdə hərbi vətənpərvərlik hissini gücləndirmək və tarix,hərbi bilgilərini artırmaqdan ibarət olub.

     Bələdçi şagirdləri muzey haqqında geniş məlumatlandırıb. Azərbaycanda xanlıqların yaranması və onların qoşun növləri, dövlətimizin yaradılması, dövlət atributları - gerbi, bayrağı, himni ilə bağlı ətraflı məlumatları ekskursiyada iştirak edənlərin nəzərinə çatdırıb.Həmçinin şagirdlər açıq havada sərgilənən hərbi texnikalarla tanış olublar. Nümayiş olunan hərbi texnikalar haqqında verilən məlumatlar məktəblilərdə xoş təəssürat yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi