Xocalı faciəsi ilə bağlı anım mərasimi keçirilib

     Məktəbdə 25 fevral tarixində Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş rəsmlərdən ibarət  momerial lövhənin qarşısında şəhidlərimizi yad edilib. 
     Əvvəlcə Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib. Şagirdlər məktəb foyesində faciə qurbanlarının əziz xatirəsinə həsr etdikləri ədəbi-bədii kompozisiya nümayiş etdirib, şeirlər səsləndiriblər. Bildirilib ki, Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.
     Allah bütün şəhidlərimizə rəhmət eləsin!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi