Xocalı soyqırımına həsr olunmuş xüsusi dərs

     Fevralın 25-də məktəbin 7E sinfidə   Xocalı soyqırımına həsr olunmuş xüsusi dərs keçirilib. İlk öncə tədbir iştirakçıları  Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz   xatirəsini  bir dəqiqəlik sükutla yad ediblər. Şagirdlər hazırladıqları təqdimat və şeirləri tədbir iştirakçılarının nəzərinə çatdırıblar.     
     Sinif rəhbəri Rafilə Quliyeva şagirdlərə Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən olan Xocalı qətliamı haqqında geniş məlumat verib. Xocalı soyqırımının bütün bəşəriyyətə və insanlığa qarşı törədilmiş cinayət olduğu və bu hadisənin heç vaxt yaddaşlarımızdan silinməyəcəyi şagirdlərin diqqətinə çatdırılıb.
     Sonda Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar şagirdlər tərəfindən hazırlanmış səhnəciklər ,ədəbi-bədii kompozisiyalar, videoçarxlar nümayiş olunub. Həmçinin Xocalı soyqırımına həsr olunmuş filmə baxılıb.

https://youtu.be/liJZXmyP5EY

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi