PEDAQOJİ ŞURA İCLASI KEÇİRİLİB

     25 fevral 2022-ci il tarixində məktəbdə 2021-2022-ci tədris ilinin I yarımilinin yekunlarına həsr olunan Pedaqoji Şura keçirilib.     

     Məktəbin direktor əvəzi Svetlana Nəbiyeva iclası açıq elan edərək pedaqoji heyəti salamlayıb. Direktor müavinləri 2021-2022-ci tədris ilinin birinci yarımilinə dair hesabatları təqdim ediblər. Həmçinin yuxarı siniflərdə aparılan monitorinq nəticələri müzakirə olunub , nəticələri zəif olan şagirdlərlə bağlı müzakirələr aparılıb. Dərsə davamiyyət, məktəbdaxili nizam-intizama nəzarətin vəziyyəti də iclas iştirakçılarının nəzərinə çatdırılıb. Məktəb rəhbərliyi hər bir müəllimə öz işinə məsuliyyətlə yanaşmağı tapşırıb, II yarımildə işlərində  uğurlar arzulayıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi