"26 Fevral-Xocalı soyqırımı"na həsr olunmuş voleybol turniri keçirilib

     24.02.2022-ci il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi Sabunçu Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sabunçu rayon məktəbliləri arasında "26 Fevral-Xocalı soyqırımı"na həsr olunmuş voleybol turniri keçirilib. Məktəbimiz bu yarışa ev sahibliyi edib.  2005-2007-ci il təvəllüdlü oğlanlar arasında keçirilən voleybol turnirində məktəbimizin voleybol komandası III(üçüncü ) yeri qazanıb, diplomla təltif olunub. Həmçinin məktəbimiz  turniri yüksək səviyyədə təşkil etdiyinə görə diplomla mükafatlandırılıb.

     Qalib şagirdlərimizi və məktəbin fiziki tərbiyə müəllimlərini fəal iştirakına görə  təbrik edirik ,idman sahəsində uğurlarının davamlı olmasını diləyirik. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi