Xocalı soyqırımının otuzuncu ildönümünə həsr edilmiş sinif təşkilat saatları

     Məktəbdə 26 fevral Xocalı soyqırımının otuzuncu ildönümünə həsr edilmiş sinif təşkilat saatları keçirilib. Tədbirlərdə Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunub. Sinif rəhbərləri əvvəlcə şagirdlərə Xocalı soyqırımı haqqında məlumat verib. Bildirilib ki, bu soyqırımı Azərbaycan tarixinə dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün əsl mahiyyətini və erməni vəhşiliyini bütün çılpaqlığı ilə üzə çıxardıb. Günahsız dinc əhalinin, o cümlədən qocaların, qadınların, uşaqların vəhşicəsinə öldürülməsi erməni xislətinin əsl simasını ortaya qoydu. Xalqımız tarixinə qanla yazılmış bu faciəni heç vaxt unutmayacaq.
     Sonda şagirdlərin ifasında Xocalı soyqırımına həsr edilmiş şeir, ədəbi-bədii kompozisiya və səhnəciklər nümayiş etdirilib.

https://youtube.com/shorts/vt2m-6WukLU?feature=share

https://youtube.com/shorts/juBN4QcpN0Y?

feature=share

https://youtube.com/shorts/cl7kc34zOFA?feature=share

https://youtube.com/shorts/Gwqa7hZGPpA?feature=share

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi