STEAM dərslərinin tədrisi davam edir

Məktəbdə STEAM dərslərinin tədrisini uğurla aparılır. Şagirdlər sərbəst və məqsədyönlü şəkildə məlumat toplayır, tədqiqatlar aparır və öz nəticələrini bölüşürlər. STEAM layihəsinin məqsədi müasir təhsil yeniliklərinin tətbiqi imkanlarının öyrənilməsi və öyrədilməsindən ibarətdir.Qeyd edək ki, STEAM beş sahənin – elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş tədrisi ideyası üzərində qurulub.