Beynəlxalq Ana Dili Günü münasibətilə "Dəyirmi masa" keçirilib

     21 fevral-Beynəlxalq Ana Dili Günü münasibətilə 7A sinfində "Dəyirmi masa" keçirilib . Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Cəfərova Günel  şagirdlərə bu günün  tarixi əhəmiyyəti haqqında məlumat verərkən onu da qeyd edib ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm ,güclü vasitədir. Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Çünki Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır . Sonra şagirdlər bu əlamətdar günlə bağlı fikirlərini bölüşüblər , maraqlı kompozisiya nümayiş etdiriblər. Həmçinin Beynəlxalq Ana Dili Günü haqqında videoçarxlar təqdim olunub. Ana dilimiz haqqında dahi şəxsiyyətlərin dəyərli fikirləri şagirdlərin diqqətinə çatdırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi