"Müstəqilliyimiz əbədidir" adlı sil-silə açıq dərslər keçirilir

Oktyabr ayının 15-də "Müstəqilliyimiz əbədidir "adlı açıq dərs keçirilmişdir. Məktəbin tarix müəllimi Məhsəti Səfərinin təqdimatında təşkil edilmiş açıq dərsdə 25 illik müstəqillik tariximizə qısa baxış nümayiş etdirildi. Müəllimə qeyd etdi ki, Azərbaycan tarixinin ən mühüm günlərindən biri hər il 18 oktyabrda qeyd edilir.XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etmişdir. Bu yolda itirdiklərimiz və qazandıqlarımız tarixi baxımdan təhlil edildi. Sonra söz məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Gültəkin Rüstəmovaya verildi. O, çıxışında qeyd etdi ki, azadlıq, müstəqillik həm ayrıca bir vətəndaş üçün, həm də bütöv xalqlar, millətlər üçün ən müqəddəs, ən şirin nemətdir. Biz azadlığımızı, müstəqilliyimizi əldə etmək üçün mübarizə aparmışıq, bu yolda minlərlə şəhid vermişik. Azadlığı, müstəqilliyi əldə etmək nə qədər çətindirsə onu qoruyub saxlamaq bir o qədər mürəkkəb və ağır məsələdir. Qüdrətli və möhkəm dövlət olmadan azadlıq və müstəqillik də yoxdur. Bu yolda Ulu öndərimizin rolunu vurğuladıqdan sonra son illərdə ölkəmizdəki inkişafın təməli və İlham Əliyevin dünya arenasındakı fəaliyyəti gənc nəslin diqqətinə çatdırıldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi