Beynəlxalq Ana Dili Gününə həsr olunmuş sinif təşkilat saatları keçirilib

    Dil bütün dəyərləri qoruyub saxlayan, nəsildən-nəslə ötürən, hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən ən dəyərli sərvətimizdir!
     Məktəbdə Beynəlxalq Ana Dili Günü münasibətilə sinif təşkilat saatları keçirilib. Sinif rəhbərləri şagirdlərə Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəldilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən, Azərbaycan dövlətinin hər zaman milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşmasından söhbət açıblar. Bildirilib ki, dil hər bir millətin mənəvi irsini yaşadan və inkişaf etdirən ən mühüm vasitədir. Hər bir insan ana dilini yaxşı bilməli və onu qorumalıdır. Çünki ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
     Sinif təşkilat saatlarında  şagirdlər ana dilimizə həsr edilən şeirlər və mahnılar oxuyub, dahilərin müdrik kəlamlarını xatırlayıb, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Həmçinin Azərbaycan dilinin inkişafına həsr olunmuş videoçarxlar göstərilib.

https://youtu.be/Gr-bpoxT5Q0

https://youtu.be/_eGY14B0i9A

https://youtu.be/KhjqcmTMH-8

https://youtube.com/shorts/uQLmJ4zLyFs?feature=share

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi