VALİDEYN İCLASI KEÇİRİLİB

     16 fevral tarixində 4C və 8B siniflərində  valideyn iclası keçirilib. İclasda məktəb rəhbərliyi , psixoloq ,sinif rəhbəri ,fənn müəllimləri iştirak edib.  
     İclas zamanı şagirdlərin dərsə davamiyyəti, məktəbli forması, nizam-intizam məsələləri müzakirə olunub. Məktəb psixoloqu Cəmilə Məmmədova ailədə sağlam psixoloji mühitin şagirdlərin formalaşmasında rolu və digər vacib  məsələlər haqqında söhbət aparıb. İclas zamanı şagirdlərin I yarımil nəticələri təhlil olunub. Valideynlərin fikirləri dinlənilib ,onları maraqlandıran suallara cavab verilib . 
     Məktəb rəhbəri Svetlana Nəbiyeva bildirib ki, şagirdlərin təlim-tərbiyəsində valideynlərlə məktəbin əməkdaşlığı vacibdir.Valideyn iclaslarının keçirilməsində əsas məqsəd valideynlərin məktəb həyatında fəal iştirakını təmin etmək, habelə məktəb-valideyn əlaqələrini gücləndirməkdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi