Əlaçı şagirdlər mükafatlandırılıb

     Məktəbdə sağlam təhsil mühitinin, rəqabətin yaradılması daim ön planda olub. Çalışqan, əlaçı şagirdlərin fəaliyyəti hər zaman məktəb rəhbərliyinin diqqətində olub.

     Bu məqsədlə 14 fevral tarixində 3Q sinfində  I yarımilin nəticələri üzrə əlaçı olan şagirdlərin təltif olunması mərasimi keçirilib. Şagirdlərə kitablar, tərifnamələr hədiyyə olunub, sinif rəhbəri Ülviyyə Əmiraslanovaya savadlı, bacarıqlı və istedadlı şagirdlərin üzə çıxarılması və onların təhsilə olan maraqlarının daha da artırılmasına stimul yaratdığı üçün təşəkkür edilib. Əlaçı şagirdləri təbrik edən məktəb rəhbəri Svetlana Nəbiyeva  onlara dərslərində uğurlar arzulayıb , digər şagirdləri də bu rəqabətdə aktiv olmağa dəvət edib. Qeyd edək ki, belə təşəbbüslər şagirdlərimiz arasında sağlam rəqabət mühiti yaradır, onların çalışqan, əzmkar və nizam- intizamlı olmasına səbəb olur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi