MƏKTƏB RƏHBƏRİ SVETLANA NƏBİYEVANIN MƏQALƏSİ DƏRC OLUNUB

      Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir 

      Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyə olan ümidlərini ilk növbədə gənc nəsillərə bağlayır. Bu baxımdan sağlam düşüncəli və savadlı nəslin yetişdirilməsi hər bir ölkə üçün ən başlıca məsələdir. Çünki ölkənin gələcək müqəddəratı gənclərdən asılı olacaqdır. Nəsillər dəyişir, ölkələr inkişaf edir. Lakin ənənələr, milli dəyərlər yaşayır və ölkənin hərtərəfli, uğurlu inkişafına hər bir insan öz töhfəsini verməlidir.
      Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması onun mənsub olduğu xalqın rifahının, ölkənin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, müasir Azərbaycan gəncliyi milli mənəvi dəyərlərimizi, döğma ana dilimizi, ata-babalardan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub yaşadır.
     Hər bir xalqın tarixində onun borclu olduğu şəxsiyyətlər vardır.Azərbaycan xalqı isə bu günü və sabahı üçün Ulu Öndərimiz Heydər Əliyevə borcludur.Ümummili liderimiz həmişə xalqına arxalanır,onun gəncliyinə böyük ümidlər bəsliyirdi. Dəfələrl qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir.
     Ulu Öndər gənclərlə bağlı məsələləri həmişə öz siyasətini əsas tərkib hissələrindən biri hesab edir, onların problemlərinin həlli istiqamətində həyata keçirirlən tədbirlərə xüsusi önəm verir, bu siyasəti müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində H.Əliyevin diqqət və qayğısı sayəsində minllərlə azərbaycanlı gənc keçmiş SSRİ – nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdir.
    Ulu Öndərin ikinçi dəfə siyasi hakimiyyətə gəlməsindən sonra gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilmiş, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulmuşdur.
    1996-ci il fevralın 2-sində keçirilən Azərbaycan gənclərinin I Forumunda H. Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: << Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqıda düşünməlidir>>
I Forumundan sonra H.Əliyev gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığın nəzərə alaraq 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan gəncləri gün elan etmişdir.
    Gənclər siyasətində idmanın inkişaf etdirilməsi və onun kütləviliyinin artırılması da mühüm yer tutur. Dövlətimizin başçısının ardıcıl səyləri nəticəsində Azərbaycan dünyanın qabağçıl idman ölkələrindən birinə çevrilmişdir.
     Prezident İlham Əliyevin 2007-ci ilin “Gənclər ili” elan edilməsi ilə bağlı Sərəncamı gənclərin ölkənin ictimai – siyasi və mədəni həyatında fəaliyyətinin daha da yüksəlməsinə səbəb olmuşdur: Hazirda öz sıralarında 200 minədək gənci birləşdirən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi bu gün ABŞ, Kanada, Rusiya, Ukrayna, Türkiyə, Moldova, Almaniya, Bolqarıstan və İtalyanın hakim partiyalarının gənclər təşkilatları ilə sıx əməkdaşlıq edir.
    Gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun atmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə kreativ, gənclyin formalaşmasına şərait yaradır. Dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, İstedadına inam hissi artıb.
    Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu şanlı zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi,xalqımız 30 illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.
    Azərbaycanda geniş vüsət almış könüllülər hərəkatının aparıcı gücü məhz gənclərdir. Gənclərimizin potensialını, fəallığının,məsələlərə yeni baxışlarının cəmiyyət üçün çox lazımlı olduğunu diqqətə alan Prezident İlham Əliyev 2019-cu ilin dekabrın 30-da Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Ölkəmizdə təxminən 20 min gənc könüllü olaraq çalışmış və indi onlar ayri-ayri təşkilatlarda müxtəlif vəzifələrdə işləyirlər.
    Gənclərin İnkişaf və Karyera Mərkəzi 2018-ci ildə Azərbaycan Muxtar Respublikası Gənclər Fondunun nəzdində fəaliyyətə başlayıb. Gənclər hər tərəfli inkişafının təmin olunması, əlavə bilik və bacarıqlara yiyələnməsi üçün GİKM nümayəndəlikləri tərəfindən müxtəlif peşə təlimləri, təhsil və təcrübə, könüllülük, görüşlər seminarlar intellektual oyunlar və digər tədbirlər təşkil olunur.Respublikanın 55 şəhər və rayonlarında Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyət göstərir.
    Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideologiyasının mühüm istiqamətini təşkil edirdi. O vurğulayırdı: “ Azərbaycanının dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”.
    “Hər bir xalqın, hər bir millətin, hər bir ölkənin gəncləri onun həm də sabahıdır, ümididir”. – Ulu Öndər Heydər Əliyevin bu fikri dövlət gənclər siyasətinin fəlsəfi və ideoloji əsası olmaqla daim aktualdır və gəncləri Azərbaycanı sabahı naminə səfərbər edir.
    Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadı, humanitar,sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atmaqdadır.

 

Ramana qəsəbəsi, 90 nömrəli tam orta məktəbin
direktor əvəzi Svetlana Nəbiyeva

http://aztb.info/cemiyyet/5317-gnc-nslin-vtnprvrlik-ruhunda-trbiy-olunmasi-onun-mnsub-oldugu-xalqin-rifahinin-olknin-cicklnmsinin-rhnidir.html

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi